<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Sənin Adını müqəddəs tuturam İL103</title>
<lyrics>[V1]
 Sənin Adını müqəddəs tuturam,
 Bütün qayğılardan azad oluram.
 Səndə tapıram rahatlığımı,
 Səninlə, Allahım, mən şad oluram.

[C1]
   Allahım, Allahım,
   Sənsən mənim pənahım.
   Allahım, Allahım,
   Səndən ayrı necə qalım?

[V2]
 Qaranlıq dünyamı nurlandırmısan,
 Əbədi çırağı Sən yandırmısan
 Ürəyim, Allahım, Sənə bağlanıb,
 Kədəri, qüssəni məndən almısan.

[V3]
 Dilimdə Sənsən, ürəyimdə Sən,
 Şükranım, şeirim, nəğməm də Sənsən.
 Köksümdə Müqəddəs Ruhun yaşayır
 Sən mənim ən böyük məhəbbətimsən.</lyrics>
<hymn_number>103</hymn_number>
</song>